Modern.az

Deputat gənclərlə görüşüb, məsləhətlər verdi - FOTO

Deputat gənclərlə görüşüb, məsləhətlər verdi - FOTO

12 Avqust 2013, 16:50

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə artıq 3 ildir ki,  “Azərbaycan doğma diyarımdır” devizi ilə yay istirahət düşərgələri təşkil olunur. Düşərgələr ölkənin ayrı-ayrı region mərkəzlərində təşkil edilir. Modern.az bildirir ki, burada respublikanın fərqli rayonlarından uşaqlar yığılaraq 10 günlük zəngin mühazirələr, əyləncə və idman proqramları ilə dolu anlar yaşayırlar. Belə düşərgələrdə 4 əsas məqsəd ön plana çəkilir-Bölgələrlə yaxından tanışlıq; kollektivçilik vərdişlərinin aşılanması; ekstrimal şəraitə hazırlıq, intizam; hüquqi normalara əməl edilmə vərdişləri.

Gənclər qarşısında tez-tez, tanınmış alimlər, siyasətçilər, yeniyetmə problemlərini yaxından bilən mütəxəssislər çıxış edirlər.

Növbəti mühazirəni isə bu günlərdə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli deyib. Mühazirənin əsas məqsədi uşaqlarda təhsilə və idmana marağın yüksəldilməsi, zərərli vərdişlərdən xilas olmağın yolları idi.


 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı