Modern.az

Prezident iki diplomata rütbə verdi

Prezident iki diplomata rütbə verdi

12 Avqust 2013, 21:05

Prezident İlham Əliyev Adış Sakit oğlu Məmmədovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ölkə başçısının digər sərəncamı ilə Adış Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Prezident həmçinin Rafael Tofiq oğlu İbrahimovun Azərbaycanın İsveç, Norveç və Finlandiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqda sərəncam imzalayıb.

Dövlət rəhbərinin digər sərəncamı ilə Fəxrəddin Saib oğlu Mirzəyev Azərbaycanın Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilib.

Ölkə başçısının daha bir sərəncamı ilə  Əsgər Hüseyn oğlu İsmayılova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi barədə sərəncam imzalayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı