Milli Şuranın bu gün keçirilən gərgin iclası nəhayət başa çatıb. Modern.az-ın məlumatına görə, sessiyada Rüstəm İbrahimbəyovdan başqa bir namizədin müəyyən edilməsi istiqamətində gərgin müzakirələr aparılsa da yekun qərar gəlmək mümkün olmayıb.
Milli Şura bugünkü iclasında həmçinin mitinq qərarı verib. Qərara alınıb ki, avqustun 18-də saat 17:00-da Milli Şura ümumrespublika mitinqi keçirilsin. Həmçinin iclasda MŞ-nın növbəti iclasının vaxtı avqustun 19-a təyin edilib.
Hazırda iclasla əlaqədar mətbuat nümayəndələri üçün brifinq keçirilir.
Modern.az