Modern.az

Ermənistan təşviş içində - cəbhədə əsgər sayı artırılacaq

Ermənistan təşviş içində - cəbhədə əsgər sayı artırılacaq

12 Avqust 2013, 23:21


Ermənistan Ordusu ölkədə demoqrafik problemlərlə əlaqədar yaranmış çağırışçı çatışmazlığını aradan qaldırmaq üçün müqaviləli heyətin sayını artırmaq qərarına gəlib.

Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün cəbhə bölgəsinə səfəri zamanı bildirib. Jurnalistlərə açıqlama verən nazir təmas xəttində müqavilə əsasında xidmət göstərən həbrçilərin sayının artılacağını deyib.

Erməni nazir zabit və əsgəri heyətlə görüşü zamanı ordunun problemləri ilə maraqlanıb. Ohanyan Ermənistan Ordusunda əsgərlərin maddi texniki bazasının gücləndiriləcəyinə və psixoloji gərginliyin aradan qaldırılması istiqamətin lazımı addımların atılacağına söz verib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı