Modern.az

Rüstəm İbrahimbəyov Milli Şuranın fəaliyyətindən satirik bir film çəkəcək...

Rüstəm İbrahimbəyov Milli Şuranın fəaliyyətindən satirik bir film çəkəcək...

14 Avqust 2013, 10:10

“Hesab etmirəm ki, Yeni Azərbaycan Partiyasının (YAP) əsas rəqibi Milli Şuradır. Qətiyyətlə deyə bilərəm ki, YAP-ın heç bir rəqibi yoxdur. Qeydiyyatdan keçən, namizədliyini irəli verən, özlərini siyasətçi kimi qələmə verənlərin hamısı bir yerə yığışsa belə, Yeni Azərbaycan Partiyasının namizədi ilə alternativ ola bilməz”. Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı seçki öncəsi vəziyyəti Modern.az-a şərh edərkən belə deyib. O, bildirib ki, Azərbaycanda seçki öncəsi vəziyyət çox yüksək səviyyədə gedir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan vətəndaşlarının da belə yüksək əhval-ruhiyyədə olmasının da səbəbi xalqın mütləq əksəriyyətinin səs verdiyi və Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlıdır. “Məlumdur ki, YAP-ın sonuncu qurultayında Prezidentimizin namizədliyi irəli sürüldü. Həmin gündən etibarən Azərbaycanın bütün bölgələrində İlham Əliyevin nazmizədliyini dəstəkləməkdən ötrü seçki günü səbirsizliklə gözlənilir. Seçki öncəsi dövrü xarakterizə edən əsas şərt demokratik ab-hava yaradılmasıdır ki, belə bir abu-hava artıq yaradılıb. İstənilən şəxs namizədliyini irəli sürə bilir, kiminsə namizədliyini irəli sürməsi üçün heç bir problem yoxdur”.

Məlahət İbrahimqızı bəzi partiyaları ancaq seçki ilində fəaliyyətə keçməkdə qınayıb. Deputat bildirib ki, bir qrup siyasi partiyalar, siyasi qurumlar seçkidən-seçkiyə canlanmağa başlayırlar, özlərinin maraqlarını, fəaliyyətlərini göstərməyə başlayırlar.

“Bəzi partiyalar mətbuatda, cəmiyyətdə hay-küy salmağa çalışırlar. Əslində isə ötən dövr ərzində heç bir fəaliyyətləri olmayıb. Bu gün bizim müxalifətdə dayanan partiyaların əksəriyyətinin də ortada heç bir fəaliyyəti yoxdur. Demokratiyadır, söz, fikir azadlığıdır. Hər kəs öz namzidəliyini irəli sürə bilər. Ötən illər ərzində prezidentimizin hər günlük, hər saatlıq fəaliyyəti elə seşkiqabağı böyük bir təbliğat deməkdir. Onun gündəlik fəaliyyəti istər daxili, istərsə də xarici siyasətdə necə titanik işlər gördüynü göstərir. Xalq da bunu görür, “Xalqın gözü tərəzidir” deyərlər. Elə buna görə də xalqımız 1993-cü ildən bu günə kimi Heydər Əliyev siyasətinə dəstək verir. 2003-cü ildən bu günə kimi İlham Əliyevin Azərbaycanın daxilində, xaricində apardığı işlər xalqımızın qəlbində ona qarşı etimadı, sevgini, imanı daha da möhkəmləndirib. Xalqın həmişəki dəstəyi ilə oktyabr seçkilərində də şəksiz qələbə qazanacağıq”.

Son günlər Milli Şuranın seçkilərdə əsas rəqib kimi təqdim olunması məsələsinə toxunan Məlahət İbrahimqızının sözlərinə görə, onlar heç bir iş görməməklə özlərini gülünc vəziyyətə saldılar. “Hesab etmirəm ki, Milli Şura YAP-ın rəqibidır. Qətiyyətlə deyə bilərəm ki, YAP-ın heç bir rəqibi yoxdur. Qeydiyyatdan keçən, namizədliyini irəli sürən, özlərini siyasətçi kimi qələmə verənlərin hamısı bir yerə yığışsa belə, Yeni Azərbaycan Partiyasının namizədi ilə alternativ ola bilməz. Zərrə qədər də bizi narahat edən rəqibizim yoxdur”-deyə millət vəkili bildirib. O, qeyd edib ki, müxalifəti monopoliyada saxlayanlar artıq siyasətdən getməlidirlər: “75 yaşında adam, həmişə kino, incəsənətlə məşğul olan adam, həyatının demək olar ki, yarısını xaricdə və Rusiyada yaşayan biri olaraq, Rüstəm İbrahimbəyov vətəndaşlıqdan çıxmğın necə prosedur olduğunu bilmirdi? Hesab edirəm ki, bunlar siyasətdən kənar olan insanlardır. Ola bilsin ki, bəziləri nə vaxtsa siyasətlə məşğul olublar. Amma indi onların yeri deyil. İndi siyasət peşəkar, dünya səviyyəsində, siyasətdən qlobal səviyyədə başı çıxan insanların yeridir. Əsas odur ki, hədəfimiz məlumdur. Qələbəmizi şərtləndirən bir namizədin, siyasi partiyanın, liderin qələbəsini şərtləndirən nə lazımdırsa, onlar artıqlaması ilə bizdə var. Azərbaycan demokratik ölkədir. Bu mənada deyə bilmərik ki, onlar bizə rəqib deyillər. Amma onların heç bir namizədklərin heç biri İlham Əliyevlə addımlaya bilməz. Bizim heç kimə qarşı mənfi fikrimiz yoxdur. Bizim öz yolumuz var. Bu yol da xalqın yoludur. İlham Əlyevin də arxalandığı xalqdır. Rüstəm İbrahimbəyov siyasətdə heç bir addım ata bilməsə də əminəm ki, Milli Şuranın bütün bu fəaliyyətinin ssenariyə köçürəcək və satirik bir film çəkəcək. Artıq bu insanlar siyasətdən getməlidirlər. Onlar müxalifət düşərgəsini monopoliyada saxlayırlar. Yaxşı olardı ki, özlərinə yeni peşə seçsinlər. Fikir vermisinizsə, istər Milli Şura olsunŞ, istərsə də Milli Şuranın tərkibindəki partiyalar, onlara nə isə bir sual verəndə hər fəfə deyirlər ki, görək, Moskvadan nə deyirlər, ABŞ-da bizim dostlarımız var görək, onlar nə deyəcəklər?. Vaşinqtonda, Moskvada, Avropada belə məsləhətləşdik, Vyanada bunu etdik, Brüsseldə bunu müzakirə etdik və s... Bir dəfə də olsun xalqın adını çəkmədilər. Gülüncdür axı?. Azərbaycan xalqının taleyini Amerikada, Avropada, Rusiyada müəyyən edirsiniz... Onsuz da Azərbaycanı istəməyən, ikili standartlarla yanaşan qüvvələr kifayət qədərdir. Yəqin ki, məqsədləri həmin qüvvələrin köməyi ilə hakimiyyətə gələrək onların siyasətini yerinə yetirməkdir”.

Artıq Yeni Azərbaycan Partiyasından İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün imza toplanıldığını söyləyən millət vəkili qeyd etdi ki, ən qısa zamanda imzatoplama başa çatacaq. “Çünki bu, xalqın istəyidir”.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı