Modern.az

Onların çoxu Azərbaycan dilində danışa bilmir - Emin Əmrullayev

Onların çoxu Azərbaycan dilində danışa bilmir - Emin Əmrullayev

Təhsil

6 Sentyabr 2023, 16:28

Cari ildə 24 dərslik təkmilləşdirilib.

 

Modern.az xəbər verir ki, bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

O qeyd edib ki, 37 yeni dərslik hazırlanıb, ümumilikdə 218 dərslik çap olunub.

 

"Rus bölmələrində oxuyan uşaqların çoxu Azərbaycan dilində danışa bilmir. Bununla bağlı nəzarət tətbiqinin artacaq. 9 il Azərbaycan dili keçən uşaqların Azərbaycan dilində danışa bilməmələrinin səbəbi araşdırılacaq", - nazir deyib.

 

Emin Əmrullayev qeyd edib ki, ölkədə Azərbaycan dili rəsmi dövlət dilidir və bunu hamı bilməlidir.

 

O bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri Azərbaycan dilində tədris olunacaq: "Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Problemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk".

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!