"Sosial durumları zəif olan ailələr vahid məktəbli formasını əldə etmək üçün məktəb rəhbərliyinə müraciət edə bilərlər".
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
"Tərəfdaşları olduğumuz korporativ şirkətlər həmin ailələrə kömək ola bilər", - nazir vurğulayıb.
O qeyd edib ki, bazarda forma çatışmazlığı yoxdur: "100 mindən çox şəxs forma alıb. Tək-tək hallar ola bilər. Bir şeyi də başa düşmək lazımdır ki, biz forma satmırıq".