Modern.az

Bütün məktəblərdə həyəcan düyməsinə basılıb - SƏBƏB

Bütün məktəblərdə həyəcan düyməsinə basılıb - SƏBƏB

Təhsil

6 Sentyabr 2023, 17:14

Məktəblərimizin bir qismi yeri və məkanı nəzərə alınmaqla mühafizə edilir.


Modern.az xəbər verir ki, bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

"Bütün məktəblərimizdə həyacan düyməsinə basılıb. Təhlükəsizlik yalnız fiziki olmur. "Məktəblinin dostu" layihəsi uzun müddətdir ki, fəaliyyət göstərir. Bu il layihənin coğrafiyası genişlənəcək. Layihənin Gəncə-Daşkəsən, Lənkəran-Astara zonasına genişlənməsini planlaşdırırıq. Uşaqların müdafiəsi idarəsinin işi qurulacaq. Bu istiqamətdə də təcili addımlar atılacaq", - nazir bildirib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!