Modern.az

Bəzi ixtisasların tədris müddəti qısaldıla bilər - Nazir

Bəzi ixtisasların tədris müddəti qısaldıla bilər - Nazir

Təhsil

6 Sentyabr 2023, 17:20

Ali təhsil pilləsində bəzi ixtisasların tədris müddətinin qısaldılması üçün növbəti illərdə pilot layihələr həyata keçirilə bilər.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, artıq müəyyən hesablamalar var və modelləşmə edilib:

 

"Lakin hazırda bunu daha çox ali təhsil müəssisələri ilə müzakirə edirik. Bunlar əsasən turizm, İT və magistratura səviyyəsində təhsil almağa ehtiyac olmayan ixtisaslardır".

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!