Son keçirdiyimiz monitorinqdə gördük ki, 4-cü sinif şagirdi riyaziyyatdan problem yaşayır.
Modern.az xəbər verir ki, bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Bu, 2028-ci ilin qəbul imtahanlarının nəticəsini göstərir. Biz müəllimlərdən vəziyyətin niyə bu halda olduğunu soruşuruq. Ona görə də bütün problemlər ibtidai sinifdən başlayır. Vəziyyətin ilk olaraq burada yaxşılaşdırılması lazımdır. Bunun üçün biz monitorinqləri davam etdirəcəyik", - o vurğulayıb.