Modern.az

Tələbələr ən çox hansı ixtisaslara üstünlük verdilər? - İnformasiya, ingilis dili...

Tələbələr ən çox hansı ixtisaslara üstünlük verdilər? - İnformasiya, ingilis dili...

11 Sentyabr 2023, 15:18

2022-2023-cü il tədris ilinin ixtisas seçiminin nəticələri artıq bəllidir. Tələbə adını qazananlar universitetlərə qeydiyyat prosesini tamamlamaq üzrədirlər. Müsabiqənin nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

 

Maraqlıdır, bu il abituriyentlər əsasən hansı ixtisaslara üstünlük veriblər?

 

Modern.az bu suala cavab tapmaq üçün təhsil ekspertləri ilə danışıb.

 

Ekspert Kamran Əsədov bu il imtahanlardan sonra maraqlı mənzərə ilə qarşılaşdığını bildirib:

 

“Xüsusən I ixtisas qrupu üzrə riyaziyyat, informatika alt qrupunda çox fərqli bir mənzərə yarandı. Hər il ən yüksək balın formalaşdığı riyaziyyat, informatika ixtisasları bu il bal olaraq kəskin şəkildə aşağı düşdü. Amma buna baxmayaraq, yenə də I ixtisas qrupunda gördük ki, abituriyentlər tərəfindən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi daha çox seçildi. Amma əvvəlki illərdə  yüksək bal formalaşan proseslərin avtomatlaşdırılması, riyaziyyat, informatika müəllimliyi ixtisaslarında o qədər də yüksək bal  görə bilmədik".

 

Onun sözlərinə görə, bu il abituriyentlər daha çox İKT ixtisaslarına meyl göstərib.

 

"II ixtisas qrupunda daha çox birmənalı şəkildə maliyyə ixtisasına meyillənmə var idi. Düzdür, mühasibat ixtisası əvvəllər populyar olsa da, son illər bu ixtisası seçənlər azlıq təşkil edir. II ixtisas qrupunda pedoqoji ixtisasa üstünlük verənlər az idi. Daha az bal toplayan abituriyentlər bu ixtisasları seçirdilər. III qrupda hüquq və dövlət və ictimai münasibətlər ixtisası maraqla qarşılanan ixtisaslardan idi. Eyni zamanda elektron ərizədə də ən çox yazılan ixtisaslardan idi. IV ixtisas qrupunda tibb ixtisası və psixologiya ixtisasına meyillənmə var idi. Hətta ən az bal toplayan abituriyentlər də böyük ümidlərlə bu ixtisası yazırdılar. V ixtisas qrupunda abituriyentlərin daha çox dizayn ixtisasına meyl etdiyini görə bilərik”, - ekspert vurğulaıyb.

 

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, bu il abituriyentlər tədrisi ingilis dilində olan ixtisaslara üstünlük veriblər.

 

“Bu il ən çox üstünlük verilən ixtisaslar müvafiq olaraq I qrupda İT yönümlü ixtisaslar idi. Eyni zamanda  pedoqoji yönümlü ixtisaslar idi. II qrupda isə daha çox maliyyə, marketinq,menecmentlik üstünlük verilən ixtisaslar idi. III ixtisas qrupunda  daha çox üstünlük  hüquqşünanslıq, dövlət və ictimai münasibətlər, beynəlxalq münasibətlər  ixtisasları, pedoqoji ixtisaslara üstünlük verilirdi. IV qrupda isə daha çox tibb, pedoqoji istiqamətə müraciət edənlərin say çoxluğu var. V ixtisas qrupunda isə idman və dizayn üzrə müraciət edənlər sayı hədsiz çox idi.

 

Ümumilikdə götürsək, yüksək bal toplayan abituriyentlər daha prestijli ixtisaslara, əsasən də tədrisi ingiliscə olan ixtisaslara müraciət edirdilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər