Modern.az

Nazirlik nişanlı qızların siyahıya alınmasına münasibət bildirdi

Nazirlik nişanlı qızların siyahıya alınmasına münasibət bildirdi

14 Avqust 2013, 12:29

Təhsil Nazirliyi məktəb yaşlı nişanlı qızların siyahısının hazırlanması məsələsinə rəsmi münasibət bildirib. Modern.az Təhsil Nazirliyinə istinadən verdiyi məlumatda qeyd edilir ki, “son günlər bəzi kütləvi informasiya vasitələrində Təhsil Nazirliyinə “istinad edilərək” həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Belə ki, bir sıra KİV-də Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələri rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar verilməsi ilə bağlı yanlış informasiyalar yer alıb.

Təhsil Nazirliyi heç bir əsası olmayan belə məlumatları təkzib edir və reallıqdan uzaq informasiyaların yayılmasının yolverilməz olduğunu nəzərə çatdırır. Təhsil müəssisələrində davamiyyət məsələsi hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Ancaq bu, müvafiq qanunvericilik və milli-mənəvi dəyərlərimizə hörmət əsasında həyata keçirilir”.

Aytən ƏLİYEVA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı