Modern.az

Xaricdə oxumaq istəyənlər üçün qeydiyyat müddəti 1 gün uzadılıb

Xaricdə oxumaq istəyənlər üçün qeydiyyat müddəti 1 gün uzadılıb

14 Avqust 2013, 12:39

Modern.az Təhsil Nazirliyinə istinadən bildirir ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ili üzrə xaricdə təhsil almaq üçün müraciət etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, elektron ərizələrin qeydiyyat müddəti 1 gün uzadılıb. 
Belə ki, Təhsil Nazirliyi elektron ərizələrin qeydiyyatı üçün son tarixin 16 avqust 2003-cü il tarixinə dəyişmək barədə qərar qəbul edib.

Avqustun 16-sı saat 23:59-a qədər qeydiyyatdan keçmiş (//xaricdetehsil.edu.gov.az/c-proqram-haqqinda/Sened-qebulu-ELAN2013-2014/) ərizəçilər sənədlərini 16 avqustdan sonrakı 5 iş günü ərzində Təhsil Nazirliyinə təqdim edə bilərlər.  

 

Aytən ƏLİYEVA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı