Modern.az

Abbasəli Həsənov Tacikistanda müzakirələr aparıb

Abbasəli Həsənov Tacikistanda müzakirələr aparıb

14 Avqust 2013, 14:23

Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Abbasəli Həsənovun  Tacikistan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Boboxon Maxmudovla görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan və Tacikistanın müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri, Azərbaycan sahibkarlarının TR iqtisadiyyatına investisiya qoymaq imkanları müzakirə olunub.  B.Maxmudov müsahibini xarici investorlar üçün yaradılan şərait, TR-ın maraq göstərdiyi yeni texnologiya və investisiyalar haqqında məlumatlandırıb. 

Səfir Abbasəli Həsənov isə öz növbəsində SAM-ın direktoruna Azərbaycanın iqtisadi nailiyyətləri, iki qardaş ölkənin iqtisadiyyatının müxtəlif sahələrinə sahibkarların investisiya qoymaq imkanları barədə məlumat verib. Görüş zamanı iki ölkənin bütün sahələrdə münasibətlərinin inkişaf etdirilməsi və dərinləşdirilməsinin vacibliyi qeyd olunub. Görüşdə tərəflər, həmçinin, regionda baş verən siyasi, iqtisadi, sosial proseslər barədə fikir mübadiləsi aparıblar.    

Ləman AĞAYEVA                                      

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı