Modern.az

Qənirə Paşayeva Başkala “fəxri sakin” diplomu verdii - FOTO

Qənirə Paşayeva Başkala “fəxri sakin” diplomu verdii - FOTO

14 Avqust 2013, 13:30

Türk müğənnisi Başkalın “Qarabağdan Anadoluya könül körpüsü” layihəsinin təqdim etdiyi “Birlik və bərabərlik” adı altında gerçəkləşən konsert proqramının ötən gün Dövlət Mahnı Teatrında yekunu olub.

Modern.az xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Hacı Səbuhi Rəcəbin təsis etdiyi "12 May" Groupun birgə həyata keçirdiyi konsert proqramında ictimai-siyasi və mədəniyyət xadimləri iştirak edirdilər.  Millət vəkili Qənirə Paşayeva açılış edərək Başkalın bölgə konsertlərindən, ona göstərilən diqqətdən, eləcə də türk sənətçisinin Azərbaycana olan sevgisindən söz açdı. Sonra müğənnini səhnəyə dəvət edib “Tərtər rayonunun fəxri sakini” diplomunu ona təqdim etdi.

Sonra Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edib. Başkal bəy Türkiyədən onunla birgə gələn musiqiçilər Ali Bedəl, Kasım Efe Kutlu, Ahmet Ali Selçuk və Murat Gülərin müşayiəti ilə repertuarında yer alan vətənpərvər mahnıları tamaşaçılara təqdim edib. Arada ifasına fasilə edərək əməkdar artistlər Elza Seyidcahanı, Aybəniz Haşımovanı və Nuriyyə Hüseynovanı da səhnəyə dəvət etdi. Hər üç sənətçimiz öz ifaları ilə türk sənətçisini heyran qoyublar. Eləcə də hazırda Türliyənin Afyon şəhərində Konservatoriyada uzun illərdir pedaqoq kimi çalışan Natiq Rzazadənin fortepianoda, Namiq Rzazadənin tarda müşayiəti ilə “Bülbüllər” qrupunun solistləri Zülfi Əsədzadə və Emil Hüseynzadə səhnədə çıxış ediblər. Aybəniz xanım türk sənətçisinə korifey sənətkar Şövkət Ələkbərovanın mahnılarından ibarət disk təqdim edib. Ardından sənətçilər bərabər “Çırpınırdın Qara dəniz” və “Daşlı qala” mahnılarını ifa ediblər.


 

Ulduz İBRAHİMOVA    
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı