Modern.az

Kolleclərə qəbul olunanların qeydiyyatı başlayır

Kolleclərə qəbul olunanların qeydiyyatı başlayır

Təhsil

7 Sentyabr 2023, 11:56

8 sentyabr saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, qəbul olunmuş şəxslər //portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

 

Qeydiyyat 13 sentyabr saat 18:00-da başa çatacaq.

 

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!