Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun namizədlik sənədlər bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Bu barədə Modern.az-a açıqlamasında Milli Şura üzvü Eldəniz Quliyev bildirib.
Onun sözlərinə görə, R.İbrahimbəyovun seçki sənədləri yaxın saatlarda MSK-ya göndəriləcək.
“Sənədlər demək olar ki, tam hazırdır. Yaxın saatlarda MSK-ya təqdim edəcəyik”-deyə MŞ üzvü qeyd edib.
E.Quliyev daha sonra İbrahimbəyovun pasport məsələsindən söz açıb. Bildirib ki, Milli Şura sədrinin Rusiya vətəndaşlığından çıxıb-çıxmaması sabah, yaxud da birisi gün dəqiq bilinəcək.
“Məndə olan ən son məlumata görə, bu proses həll olunmaq üzrədir. Ya sabah, ya da birisi gün məlumat veriləcək”.
Anar RÜSTƏMOV