Modern.az-ın məlumatına görə, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İcraiyyə komitəsinin üzvləri “Topaz” Premyer Liqasında çıxış edən bütün klublara minimum 5 nəfərdən ibarət idarə heyətlərinin yaradılması qərara alınıb. Bununla əlaqədar klublar yeni strukturu və idarə heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunmalıdır. Siyahılar assosiasiyanın baş katibinə təqdim olunmalıdır.
Tədbirdə o da vurğulanıb ki, yeni strukturların yaranması üçün AFFA tərəfindən bütün lazımı tədbirlər görüləcək. Proses ilin sonuna qədər başa çatmalıdır.
Abbas Qəmli