Modern.az

Kreml Ermənistanla hərbi danışıqlara başladı

Kreml Ermənistanla hərbi danışıqlara başladı

14 Avqust 2013, 17:42


Prezident Vladimir Putinin Bakı səfərindən sonra Rusiya Ermənistanla hərbi danışıqlara başlayıb. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Aleksandr Fomin Ermənistana səfər edərək prezident Serj Sərkisyanla hərbi əməkdaşlığa dair geniş müzakirələr aparıb.

Görüşdə Sərkisyan Ermənistanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın gücləndirilməsi üçün səylərini davam etdirəcəyini deyib.

Görüş mətbuata qapalı keçirildiyinin müzakirə olunan məsələlərin detalları tam dəqiqliyi ilə bəlli deyil.

Qeyd edək ki, Putinin Bakı səfəri Ermənistanda ciddi həyəcan yaradıb. Xüsusən Rusiya dövlət başçısının 7 ildən sonra Azərbaycana gəlişi, imzalanan əməkdaşlıq sazişləri və prezidentlərin verdiyi ciddi mesajlar erməni rəhbərliyini ciddi narahat edib. Xüsusən də hərbi əməkdaşlığa dair müzakirələri Ermənistanda təşviş yaradıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı