Modern.az

Fariz Məmmədov döyüşə hazırlaşır

Fariz Məmmədov döyüşə hazırlaşır

14 Avqust 2013, 18:08


Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun növbəti döyüşlərinin vaxtı məlum olub. Modern.az-ın məlumatına görə, həmyerlimiz sentyabrın 21-də Ukraynanın Xarkov şəhərində WBO versiyası üzrə reytinq xarakterli döyüşə çıxacaq. Oktyabrın 26-da isə F.Məmmədovun Böyük Britaniyada daha bir reytinq görüşü gözlənilir.

Əməkdaşımızla söhbətində F.Məmmədov hazırda Ukraynada bu görüşə yüksək səviyyədə hazırlıq  prosesi keçdiyini deyib.

O deyib ki, hazırda fiziki durumu yaxşı səviyyədədir: “Məqsədimiz qarşıdakı döyüşlərdə qalib gəlməkdir”.

Qeyd edək ki, F.Məmmədovun rəqiblərinin kimliyi yaxın günlərdə açıqlanacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır