Modern.az

Şokedici evliliklər – MARAQLI

Şokedici evliliklər – MARAQLI

14 Avqust 2013, 18:38

Dünyanın hər yerində müəyyən bir yaşa gələn kişi və qadınlar bir gün ailə həyatı qura bilmə ümidi ilə yaşayır. Hər kəs özünə uyğun bir yoldaş seçir. Amma vəziyyətin hər zaman belə olmadığını sübut edən nümunələr də var. Modern.az saytı dünyanın ən qəribə cütlüklərini təqdim edir.

9 yaşındakı  Cayla Koper doğru insanı tapmaq üçün uzun müddət gözləmək məcburiyyətində qalmadı.Kiçik qız iki il boyunca talassemiya xəstəliyi ilə mübarizə aparmış və müalicə gördüyü xəstəxanada 7 yaşındakı Cos Qriqs  ilə tanış olur. 2008-ci ilin fevral ayında bütün gəlinlərin xəyallarını bəzəyən bir mərasimlə “gənc cütlük” həyatlarını birləşdirir.  

 Fabien Pretou və Natalie Lukius aralarında ən çox boy fərqi olan cütlükdür. Fabien 188.5 smlik boyu ilə  yoldaşının yanında bir az uzun qalır. Çünki Natalie 94 sm boyunda. İkili Natalie üçün xüsusi tikilmiş və təşkil edilmiş bir evdə yaşayır. 

 

Ən uzun müddət ayrı yaşayan cütlük 60 il əvvəl evlənən Boris və Anna Kozlov cütü yalnız 3 gün evli qalıblar. Çünki Boris, Qırmızı orduya qatılmış və geri döndüyündə isə Sibirə sürgün edilən arvadını tapa bilməyib. Nəhayət, 80 yaşındakı Boris 60 il sonra arvadını tapır və təkrar bir araya gəlirlər. 

Dünyanın ən böyük cütlükləri Anna Haining, Svan doğulduğunda 9 kilo ağırlığında, 5 yaşına gəldiyində isə 140 sm boyunda idi. Digər tərəfdən Martin Van Buren, Bates 219 santimetrlik boyuyla 'Kentucki Nəhəngi "olaraq bilinirdi. İkili 1971-ci ildə tanış olub evləndi və ümumi boy uzunluqları 4,5 metri keçirdi. 


Ən uzun evli qalan cüt 101 yaşındakı Zelmyra və 104 yaşındakı Herbert, 2009 May ayında evliliklərinin 85 ilini qeyd etdilər. Şimali Karolinada yaşayan cütlük 13 May 1924-cü ildə evləniblər.


Teksaslı  və Floridalı cütlük eyni ad və soyad sahibidirlər. Kelly Hildebrandt (qadın) facebookda Kelly Hildebrant adlı birini gördü. Bir az danışdıqdan sonra  cütlük  evlənməyə qərar verdi.  


Yaş fərqinin ən çox olduğu cütlük isə Somalidədir. 112 yaşındakı  kürəkən altıncı evliliyini özündən 95 yaş kiçik bir qızla edib. Əhməd Məhəmməd Dore və Safia Abdulleh cütlüyü eyni kənddə yaşayarkən tanış olublar. Kürəkən gəlinin babasının babası  olacaq yaşdadır.  

 

Ulduz İBRAHİMOVA

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı