Modern.az

Bakıda təmir olunan məktəb və bağçaların SAYI

Bakıda təmir olunan məktəb və bağçaların SAYI

Təhsil

11 Sentyabr 2023, 10:42

Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil müəssisəsinin təmiri başa çatdırılıb.

 

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

 

O bildirib ki, həmçinin 1 məktəb və 5 bağçada əsaslı təmir aparılıb:

 

"Məktəblərimiz yeni tədris ilinə hazırdır".

 

Mehriban Vəliyeva qeyd edib ki, yeni dərs ilində ilk dərs ulu öndər Heydər Əliyevə həsr olunacaq.

 

İdarə müdiri həmçinin qeyd edib ki, bu il 1 milyon 850 mindən çox dərslik yerlərə çatdırılıb:

 

“Eyni zamanda, təhsil müəssisələrinin qış mövsümünə hazırlığı yoxlanılıb. Düşünürük ki, bu il istiliklə bağlı problemimiz olmayacaq".

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!