Modern.az

Milli Paralimpiya Komitəsi Uşaq Paralimpiya Hərəkatını təsis edir

Milli Paralimpiya Komitəsi Uşaq Paralimpiya Hərəkatını təsis edir

Təhsil

15 Avqust 2013, 12:39

Milli Paralimpiya Komitəsinin nəzdində “Uşaq Paralimpiya Hərəkatının” təsis edilməsi haqqında qərar qəbul edilib. Qərara əsasən, bir 1 ay müddətində “Uşaq Paralimpiya Hərəkatının”nın konsepsiyası İcraiyyə Komitəsində təsdiq ediləcəkdir.

Modern.az-a daxil olan məlumata görə, qərarda həmçinin 2013-cü ilin sonunadək Hərəkatın inkişaf etdiyi ölkələrin müəyyən edilməsi və onların təcrübələrinin öyrənilməsi, regionlarında paralimpiya idman növlərinə uyğun olan sağlamlıq imkanları məhdud uşaqların ilkin statistikasının hazırlanması və s. işlərin təşkili məsələləri öz əksini tapıb. Komitə tərəfindən həyata keçiriləcək bu layihə, paralimpiya idman növləri üzrə ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, onların idman vasitəsi ilə reabilitasiyasına da xidmət edəcək.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj