“Putinin Bakıya səfəri zamanı mənim gözlədiklərim baş verdi”. Bunu Modern.az-a açıqlamasında Rusiya prezidenti Putinin Bakıya səfərini şərh edən millət vəkili Asim Mollazadə deyib.
“Mən gözləyirdim ki, Rusiya normal, proqmatik siyasət həyata keçirmək istəyirsə deməli, Azərbaycanla normal münasibət formalaşdırmalıdır. Putinin səfəri də məhz buna həsr olunmuşdu”-deyəvurğulayıb.Səfərin əhəmiyyətinə toxunan millət vəkili bildirib ki, Rusiya Azərbaycanı itirmək istəmir. “Rusiya ermənilərin ən əsas müttəfiqidir. Bu səbədən Azərbaycanla münasibətlər müvafiq sahələrdə gərgin idi. Bu gərginliyi azaltmaq üçün Putinin səfəri baş tutdu”-deyə deputat vurğulayıb. “Zənnimcə, bu səfərin əhəmiyyəti ilk növbədə, Azərbaycan və Rusiya münasibətlərinin inkişafına, əməkdaşlığına iki dövlət arasında normal qonşuluq siyasətini həyata keçirməyə imkan verəcək”-deyə A.Mollazadə bildirib.
Namidə BİNGÖL