Modern.az

Sərdar Cəlaloğlu niyə Zahid Oruca qarşı çıxdı?

Sərdar Cəlaloğlu niyə Zahid Oruca qarşı çıxdı?

Təhsil

15 Avqust 2013, 14:17

Azərbaycan Demokrat Partiyasında prezident seçkiləri ilə bağlı fikir ayrılğı yaranıb.

Bu barədə Modern.az-a ADP sədri Sərdar Cəlaloğlu bildirib. “ Partiyamızda fikri ayrılığı var. Bir qrup deyir ki, öz namizədimizlə seçkiyə gedək, digər bir qrup isə başqa birini dəstəkləyək”-deyən S.Cəlaloğlu özünün namizəd olub-olmaması barədə konkret bir cavab verməyib.

  “Mənim namizədliyimə gəlincə, gözləyirəm. Görək Milli Şura seçkilərdə kimlə iştirak edəcək, bu məsələnin sonu necə olacaq”-deyə o bildirib. ADP sədri bildirib ki.  bu il Azərbaycanda prezident seçkiləri Rusiyanın proyekti əsasında keçiriləcək.  

Partiya sədri prezidentlik iddiasına düşən bir neçə siyasətçinin namizədliyinə qarşı çıxdığını bildirib. “Namizədlərin siyahısına baxanda seçkilərin qeyri-ciddi olacağını görmək olar.

Nə olsun ki, hamının seçkidə iştirak etmək hüququ var. O demək deyil ki, seçkidə hər yerindən duran namizəd olsun”. O, Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Orucun prezidentliyə namizdəliyini verməsini kəskin ironiya ilə qarşılayıb. “Adamın gülməyi gəlir. Belə də qeyri-ciddilik olar? Zahir Orucun siyasi partiya yaratmasının heç bir əhəmiyyəti yoxdur. Zahid Oruc vaxtilə Fəzail Ağamalının köməkçisi idi, indi partiya sədri olmaq həvəsinə düşüb”-deyə ADP sədri qeyd edib.      

Anar RÜSTƏMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj