Modern.az

Mənzil almış jurnalistlər qonşularını tanımır – SORĞU

Mənzil almış jurnalistlər qonşularını tanımır – SORĞU

Təhsil

15 Avqust 2013, 14:23

Milli Mətbuat Gününün 138-ci il dönümündə jurnalistlər üçün tikilən binanın açılış mərasimi keçirildi, 156 jurnalistə ev verildi və onların hansı mərtəbədə olması ilə bağlı püşkatma mərasimi keçirildi. Artıq jurnalsitlər öz mənzillərinin hansı mərtəbədə olmasından xəbərdardır. Bəs onlar hansı jurnalistlərlə qonşu olduqlarını bilirlərmi?

Modern.az bununla bağlı mənzil alan jurnalsitlər arasında sorğu keçirib.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu mənzillər paylanldıqdan sonra iki dəfə orada olduğunu bildirib. “Mənzilə bir-iki dəfə getmişəm. Köçmənin bütün çətinliklərini nəzərə alaraq sənədləşmə prosesinin tez başa çatmasını istərdim. Ən çox qızımın oxuyacağı yeni orta məktəbə yerləşdirilməsi ilə bağlı narahatam. Yeni dərs ilinə az qalıb. Avqustun sonuna qədər proses başa çatsa yaxşı olardı. Qonşularımın kim olduğunu hələ bilmirəm”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı da mənzilinə baxdığını, amma qonşularının hansı jurnalsitlər olmasından xəbərsiz olduğunu bildirib. “Mənzilə baxmışam, amma qonşularımın kim olduğunu bilmirəm. Sadəcə mənzilə tez kpçmək istəyirəm, çünki kirayə ilə bağlı problemlərim yaranır. Evin sahibi kirayənin haqqını 220 manatdan 300 manata qaldırmaq istəyir, mən isə bir-iki aydan ötəri başqa yerə köçmək istəmirəm”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli qeyd edib ki, binanın rəsmi açılışından sonra bir dəfə mənzilinə baxıb. “Ondan sonra ümumiyyətlə o tərəflərdə olmamışam. Qonşularımı da hələlik tanımıram. Bildiyim odur ki, eyni girişdə, ancaq 13-cü mərtəbədə (mənim mənzilim 10-cu mərtəbədədir) "Yeni Azərbaycan" qəzetinin əməkdaşı Nardar Bayramova mənzil verilib”.

APA-nın əməkdaşı Vüqar Hüseynov də ona düşən mənzilə 2 dəfə baxıb. “Şəraiti normaldır, amma qonşularımın kim olduğu barədə məlumatlı deyiləm. Bir mərtəbədə hansı jurnalistlərin olduğunu bilmirəm. Amma “Apa Holdinq”dən ev verilənlərlə hamısı ilə, eyni zamanda Xaqani Səfəroğlu ilə bir blokdayıq”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu mənzilinə bir dəfə getdiyini bildirib. Amma o, da digərləri kimi kimlərlə qonşu olacağını bilmir.

“Azadlıq” qəzetinin əməkdaşı Sücəddin Şərifov isə hələlik mənzilinə baxmadığını deyib. O da qapı qonşularının kim olduğundan xəbərsizdir. Amma Etibar Cəbrayoğlu, Qadir İbrahimli, Elşən Şirinovla eyni blokda olduğunu qeyd edib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj