Modern.az

İnsandırlarsa, burada necə yaşayırlar?

İnsandırlarsa, burada necə yaşayırlar?

Təhsil

15 Avqust 2013, 15:10

Alatavadan şikayər var... Nəsimi rayonu 3-cü Alatavada yaşayan insanlar Modern.az saytına şikayət məktubu göndəriblər. Redaksiya ilə əlaqə saxlayan sakinlər yaşadıqları ərazidə yerləşən evlərin yol tərəfdən bir hissəsinin söküldüyünü qeyd ediblər. Ancaq evlərin tamamilə sökülməsindən bir xəbər yoxdur. Keçən ildən etibarən həmin sökülən evlərin ərazisini zibilxanaya çeviriblər.

Bununla bağlı Mənzil İstismar Sahəsinə müraciət olunub ki, həmin yerlər təmizlənsin. Ancaq hələ də bu məsələ ilə maraqlanan yoxdur. Yayın günü insan milçəyin, zibilin içində yaşamaqdan utanır. Buranın qoxusu da kəskin hal alıb. Avtobusdan keçənlər fikirləşir ki, görən burada yaşayanlar insan deyil? İnsandırlarsa, burada necə yaşayırlar...


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj