Modern.az

Akif Muradverdiyev həbsdə qaldı

Akif Muradverdiyev həbsdə qaldı

Təhsil

15 Avqust 2013, 17:05


Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsi prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin həbs müddətinin uzadılması haqda qərardan verilmiş şikayətə baxıb.

Vəkil Fuad Ağayev “Media forum” saytına deyib ki, apellyasiya instansiyası rayon məhkəməsinin Akif Muradverdiyevin həbs müddətinin iki ay uzadılması haqda qərarını qüvvədə saxlayıb.

Akif Muradverdiyev iyunun 20-də Bakı hava limanında tutulub. Elə həmin gün Səbail Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Çantasından külli miqdarda qızıl çıxdığı bildirilən Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Ötən həftə Səbail Rayon Məhkəməsi onun həbsinin iki ay uzadılması haqda qərar çıxarıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj