Modern.az

Təhsil İnstitutunda doktorantura və dissertanturaya qəbul təşkil olunub

Təhsil İnstitutunda doktorantura və dissertanturaya qəbul təşkil olunub

Təhsil

13 Sentyabr 2023, 10:32

Azərbaycan Respublikasının Təhsil İnstitutunda 2023-cü il üçün elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyən iddiaçılar üçün müsahibə təşkil olunub.

Modern.az xəbər verir ki, İnstitutun direktoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizovun iştirakı ilə dörd komissiyada təşkil olunmuş müsahibələrdə 6 iddiaçı iştirak edib.

Müsahibə komissiyasının qərarına əsasən 3 iddiaçı elmlər doktoru proqramı üzrə doktoranturaya, 1 iddiaçı isə elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub, 1 nəfər isə müsahibədən keçməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!