Ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatı bu gün saat 18:00-da başa çatıb.
Modern.az-ın məlumatına görə, bu barəfə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilib ki, qeydiyyat sentyabrın 5-dən 14-dək həyata keçirilib.
Göstərilən müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.