“Bu cür qeyri-dəqiq məlumatlara cavab vermək istəmirəm”. Bunu Modern.az-a açıqlamasında politoloq Zəfər Quliyev bildirib. O, jurnalist Eynulla Fətullayevin növbəti yazısında haqqındakı ittihamları şərh etmək istəməyib.
Xatırladaq ki, sözügedən yazıda E. Fətullayev iddia edir ki, Zəfər Quliyev “Minval.az” saytında “Günel Rəhimli” imzası ilə onun barəsində yazılar yazır. Məlumat üçün deyək ki, minval.az-da həmin imzalı gerçək müəllif də var. “Sabah Milli Şuranın mitinqi olacaq. Bir-iki gündən sonra Milli Şuranın növbəti iclasının keçirilməsi gözlənilir. Brifinq də nəzərdə tutulur. Ciddi işlərdən öncə, bu cür gülünc məsələyə münasibət bildirmək fikrim yoxdur”, – deyə Zəfər Quliyev Modern.az-a açıqlamasında vurğulayıb.Qeyd edək ki, bir müddət öncə, hüquq müdafiəçisi, jurnalist Eynulla Fətullayevin “İlham Əliyevə qəsdin üstü açıldı” məqaləsi də bir çox siyasi dairələrdə birmənalı qarşılanmamışdı.
Namidə BİNGÖL