Modern.az

Kənd məktəbində külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

Kənd məktəbində külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

22 Sentyabr 2023, 12:31

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı