Modern.az

Xaricdə doktoranturaya sənəd qəbulunun müddəti uzadıldı

Xaricdə doktoranturaya sənəd qəbulunun müddəti uzadıldı

Təhsil

29 Sentyabr 2023, 17:08

Daxil olan müraciətləri nəzərə alaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2023-cü il üçün həyata keçirilən son sənəd qəbulunun müddəti uzadılıb.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

 

Belə ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 10 oktyabr saat 23:59-dək artırılıb.

 

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

 

Hər hansı sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsi və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi