Modern.az

Təhsil Nazirliyi orta məktəblərdə rus dilinin tədrisi ilə bağlı məlumat verdi

Təhsil Nazirliyi orta məktəblərdə rus dilinin tədrisi ilə bağlı məlumat verdi

Təhsil

22 Avqust 2013, 18:13


Ölkə üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdən 1-i Naxçıvan şəhərində, 3-ü Balakən, 3-ü Qəbələ, 2-si Quba, 2-si Qusar, 1-i Qax, 1-i Zaqatala, 1-i Goranboy, 1-i Xaçmaz rayonundadır”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, həmin ümumtəhsil məktəblərində cəmi 3582 şagird təhsil alır. 314 məktəbdə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır. Bu məktəblərin rus bölmələrində təhsil alan şagirdlərin cəmi sayı 82535 nəfərdir. Ağsu, Yardımlı, Lerik, Xızı, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Xocavənd, Cəbrayıl, Şuşa rayonlarında rus bölməsi olan məktəblər yoxdur. Yerdə qalan bütün şəhər və rayonlarında rus bölməsi olan məktəblər fəaliyyət göstərir.

Məlumatda həmçinin bildirilib ki, ali təhsil müəssisələrinin demək olar ki, bütün fakültələrində rus bölməsində təhsil alan tələbələr var. “Ali təhsil müəssisələrində rus bölməsinin yaranıb yaranmaması məsələsi ali təhsil müəssisələrinə qəbul olan tələbələrdən asılıdır. Əgər rus bölməsinə qəbul olmaq istəyən tələbə olarsa, ali təhsil müəssisələrinin həmin bölmələrdə tədris aparmaq üçün kadr potensialı var”. 

Nazirlikdən eyni zamanda bildirilib ki, təlim rus dilində olan məktəblərin kadr təminatı müəllimlərin işə qəbulu üzrə ümumi müsabiqə çərçivəsində həyata keçirilir.  “Növbəti dərs ilinə ölkənin ümumtəhsil məktəblərində təlim rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə görə həmin vakant yerlərə müəllimlərin işə qəbul olunacağı ehtimal edilir”.    

   

 

Aytən ƏLİYEVA  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI