Modern.az

Müəllimlərin sertifikatlaşdırılması prosesi başa çatdı - Nəticələr isə...

Müəllimlərin sertifikatlaşdırılması prosesi başa çatdı - Nəticələr isə...

Təhsil

16 Oktyabr 2023, 12:11

Müəllimlərin sertifikatlaşdırılması prosesi bitib.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, 8 sentyabr-14 oktyabrda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilib. Müsahibə nəticələri ilə bağlı məlumat yaxın günlərdə təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

 

Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə tədris prosesi yenidən təşkil olunub. Sözügedən təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlər oktyabrın 14-də sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!