Modern.az

“Naxçıvan” Universitetinin bağlanma xəbərinə nazirlikdən REAKSİYA

“Naxçıvan” Universitetinin bağlanma xəbərinə nazirlikdən REAKSİYA

Təhsil

19 Oktyabr 2023, 13:38

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxçıvan” Universitetinin bağlanması ilə bağlı məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, buna səbəb kimi Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması göstərilir.

 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yayılan məlumatların doğru olmadığını bildirib.

 

"Yalnış məlumatdır. Bizdə elə bir xəbər yoxdur. Sosial şəbəkələrdə yayılan bütün xəbərlər doğru deyil. Elə bir proses olsa, rəsmi qərar açıqlanacaq. Mən elə bir qərar görməmişəm", - o deyib.

 

Qeyd edək ki, "Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri