Modern.az

Məktəb direktorlarının neçəsi qadındır...

Məktəb direktorlarının neçəsi qadındır...

Təhsil

25 Oktyabr 2023, 11:18

Dövlət Statistika Komitəsindən verilən məlumatlara əsasən, 2021-ci ildə ümumi orta təhsil müəssisələrinə 1331 qadın, 2320 kişi rəhbərlik etmişdir. Yəni orta ümumtəhsil məktəblərinin 36,5%-nin direktoru qadınlardır. Direktor müavinlərində isə qadınlar üstünlük təşkil edir.

 

Modern.az xəbər verir ki, bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il məlumatında qeyd olunub. 

 

Belə ki, 2657 (58,4%) qadın direktor müavini olduğu halda, kişilərdə bu göstərici 1897-dir (41,6%). Təhsil pillələri arasında qadınların rəhbər heyətində təmsil olunması baxımından ən qeyri-bərabər vəziyyət peşə təhsilindədir. Rəsmi məlumata əsasən, 2021-ci ildə 91 peşə təhsili müəssisəsindən yalnız 7-nin direktoru qadındır. Bu da direktorların yalnız 7,7%-ni təşkil edir. Orta texniki təhsil pilləsində də rəhbərlikdə təmsil olunanlar arasında gender bərabərsizliyini müşahidə edirik. Bütün orta ixtisas təhsili müəssisələrinin yalnız 28,8%-i qadın direktorlar tərəfindən idarə olunur. Direktor müavinlərinin isə 38,6%-ni qadınlar təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi