Modern.az

Direktor olmaq istəyənlərin nəzərinə - Qəbul başlayır

Direktor olmaq istəyənlərin nəzərinə - Qəbul başlayır

27 Oktyabr 2023, 07:40

Oktyabrın 27-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, oktyabrın 27-28-də müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib. Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək.

 

Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü