Modern.az

Bakı Ali Neft Məktəbi yeni şəhərciyə köçürülür - FOTOLAR

Bakı Ali Neft Məktəbi yeni şəhərciyə köçürülür - FOTOLAR

Təhsil

2 Sentyabr 2013, 12:20
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində yaradılan Bakı Ali Neft Məktəbinin (BANM) binası köçürüləcək. Modern.az-ın əldə etdiyi məlumata görə, Ali Neft Məktəbinin ərazisi daha da genişləndiriləcək. Elə bu məqsədlə də universitet hazırda yerləşdiyi binadan ərazisi daha geniş olan yerə köçürüləcək. Bakının Səbail rayonu ərazisinə köçürüləcək məktəbin ərazisində universitet şəhərciyi olacaq. Artıq Ali Neft Məktəbinin yeni layihəsi də hazırlanıb. Tikintisinə başlanılan yeni universitet şəhərciyi gələn il istifadəyə veriləcək. 

Qeyd edək ki, dövlət başçısı  Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturunda dövlət müəssisəsi statusunda Bakı Ali Neft Məktəbi yaradılması ilə bağlı 29 noyabr 2011-ci il tarixli fərman imzalayıb.  Ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları ilə təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir. Hazırda Ali Neft Məktəbində neft sahəsinə aid ixtisaslar – neft mühəndisliyi, neft emalı, neft-kimya, neft-qaz sahələri üzrə ixtisaslar tədris olunur. Ali məktəbdə ilk tələbələr 2012-ci ilin sentyabr ayında təhsil almağa başlayıblar.













Gültəkin ƏLƏSGƏR  
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir