Modern.az

Bu sahədə ikili diplomlu ixtisas yaradıla bilər - Müzakirələr aparılır

Bu sahədə ikili diplomlu ixtisas yaradıla bilər - Müzakirələr aparılır

1 Noyabr 2023, 19:29

“Hazırda Azərbaycanda bərpa olunan enerji ilə bağlı ikili diplomlu ixtisasın yaradılması üçün Elm və Təhsil Nazirliyi ilə müzakirələr aparılır”.

 

Modern.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Forumu çərçivəsində keçirilən “Universitet - sənaye tərəfdaşlığı” panelində çıxışı zamanı bp şirkətinin Xəzər Bölgəsində Xarici Əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

 

Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji ilə bağlı təhsil imkanları yoxdur:

 

“Əgər enerji sənayesinin sabahı neft və qaz mühəndisliyi ilə bərabər, bərpa olunan enerji sahəsində fəaliyyət olacaqsa, biz indidən bu istiqamətdə kadrlar hazırlamalıyıq”.

 

O əlavə edib ki, sənaye çalışır ki, gələcəkdə qəbul edəcəyi kadrların hazırlığına öz töhfəsini versin”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü