Modern.az

Təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır - Deputatdan təklif

Təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır - Deputatdan təklif

3 Noyabr 2023, 16:12

Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

Onun sözlərinə görə, sertifikasiya imtahanlarında uğur qazanan məktəblərdə çalışan müəllimlərin əməkhaqqı təxminən 1000 manat ətrafındadır:

 

“Lakin universitetlərdə çalışan müəllimlərin əməkhaqqısı 600-700 manat, bəzilərində isə daha aşağıdır. Təbii ki, belə olanda balans pozulur. Elmi müəsisələrdə çalışanların da əməkhaqqısının artırılmasına da baxılmalıdır. Həmçinin universitetlərin maddi-texniki bazası da gücləndirilməlidir. Universitetlərə əməkhaqqı artımı məsələsini deyəndə bildirirlər ki, təhsilhaqqı əsasında bu işlər həll olunur. Ona görə də bu yanaşmaya yenidən baxılmalı və sistem dəyişilməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü