Modern.az

Dövlət Neft Şirkəti: “5 minə yaxın yeni tikilinin qarşısı alınıb”

Dövlət Neft Şirkəti: “5 minə yaxın yeni tikilinin qarşısı alınıb”

4 Sentyabr 2013, 16:13

“Səbaildə – 2 min, Sabunçuda – 6300-dən çox, Xətaidə – 444, Nizamidə – 178, Binəqədidə – 5 min ev məhkəmənin qərarı ilə sökülməlidir”. Bu, Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən statistikadır.

Bir müddət əvvəl ARDNŞ sənədsiz evlərin sökülməsinə başlamışdı. Söküntü işləri zamanı Neft Şirkəti əməkdaşları ilə sakinlər arasında qarşıdurmalar da yaranmışdı. Hazırda bu proses müvəqqəti olaraq dayandırılıb.

ARDNŞ əməkdaşları tərəfindən evlərinin söküləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq alan sakinlərin dediyinə görə, prezident seçkiləri yaxınlaşdığından söküntü işlərinə fasilə verilib.

Modern.az-a açıqlama verən ARDNŞ Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəyli bildirib ki, Neft Şirkəti və hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq ayrı-ayrı xarici şirkətlərin istifadəsinə verilmiş torpaq sahələri, həm də neft, qaz sahələrinin mühafizə zonalarındakı tikililərlə bağlı məhkəmə iddiaları əsasında  qərarlar çıxarıılıb. Məhkəmə qərarlarına əsasən, qanunsuz tikililər sökülməlidir.

“Statistik rəqəmlərdən də görünür ki, minlərlə ev məhkəməyə verilib. Məhkəmə də həmin tikililərin sənədsiz olduğunu təsdiqləyib. Əslində isə məhkəmənin sənədsiz evlərlə bağlı çıxardığı qərarla həmin evlər sökülməlidir. Amma hələ ki evlər sökülmür. Şirkət əməkdaşları yalnız yeni tikili aşkar etdikdə həmin tikintinin qarşısını alırlar. Təxminən 5 minə yaxın yeni inşanın qarşısı alınıb”.

 Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi