Modern.az

Qarabağ Zəfəri və Azərbaycan təhsili

Qarabağ Zəfəri və Azərbaycan təhsili

7 Noyabr 2023, 21:02

Qarabağ Zəfəri uşaqdan-böyüyə hər bir Azərbaycan vətəndaşına sonsuz sevinc yaşadır. O sevinci, o qələbəni böyüməkdə olan gənc nəslə çatdırmaq üçün Azərbaycan müəlliminin, Azərbaycan məktəbinin üzərinə böyük vəzifələr düşür. Bu məqsədlə Təhsil Nazirliyinin müvafiq əmr və göstərişləri var, sistemli işlər həyata keçirilir.

Mən isə Zəfər günləri və ona yetişənədək təhsilmizin üzərinə düşən bəzi qürurverici işlərə nəzər yetirmək istəyirəm.

Tam və yetkin qələbəyədək milli mücadilə şairlərimiz Əhməd Cavad, Almas İldırım, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Söhrab Tahir və başqalarının Vətən ünvanlı şeirlərinin yeni baxış prizmasından tədrisi reallığa çevrildi.

"Kitabi-Dədə Qorqud"dan gələn milli düşüncə və ideyalar gənc nəslə dərindən aşılanmağa başlandı. Gənc nəsil "Mən gözümü verərəm, Qarabağı vermərəm!" (Tofiq Bayram), "Azərbaycan deyiləndə ayağa dur ki, Ana Yurdun ürəyinə toxuna bilər!" (Məmməd Araz) ruhunda tərbiyə olundu.

Xalq şairi Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" çağırışı mənəvi konteksdə təlim-tərbiyə işinin devizinə çevrildi. Təsadüfi deyil ki, məhz bu ideologiyanın və təhsil prinsiplərinin əhatəsində yetişən gənc nəsil İkinci Vətən Savaşı dönəmində qalib Azərbaycan Ordusunun ön cərgəsində yer aldı!

Bu vətənpərvərlik duyğularının formalaşmasında təhsil ocaqlarının, fədakar həmkarlarımızın müstəsna xidmətləri danılmazdır. Çünki Azərbaycan təhsilinin istiqamətverici, səfərbəredici missiyası Qarabağ Zəfərini təmin edən başlıca amilə çevrilmişdi. Elə ona görə də təhsilin və yüksək peşəkarlığa malik təhsil işçilərinin yetişdirmələri olan gənc nəsil Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər Bayrağını haqqımız çatan zirvələrdə dalğalandırdılar.

Həmin günlərdə Azərbaycan təhsilinin çoxsaylı heyəti də könüllü olaraq Vətən Müharibəsinə yollandı. 700-ə yaxın təhsil işçisi qələbəyədək döyüşdü. Vətənpərvərlik ruhu aşılayan təhsil işçiləri öz yetirmələri ilə birlikdə “Qarabağ Azərbaycandır!” şuarının hərb yolu ilə təminatına nail oldular.

Bir təhsil şöbə müdiri, 20 məktəb direktoru, 32 direktor müavini və yüzlərcə təhsil işçisinin döyüş yolu hərb tariximizə yazıldı. 44 günlük Vətən Müharibəsində 20 nəfər təhsil işçisi Şəhidlik zirvəsinə yüksəldi. Ulu Tanrı onlara və cəmi Şəhidlərimizə rəhmət eləsin!

Sağlamlığını itirmiş Vətən övladlarına Allahdan şəfa diləyirik!

Bugün Azərbaycan müəllimi, Azərbaycan təhsili Dövlət Proqramları çərçivəsində üzərinə düşən vəzifələri uğurla həyata keçirir. Sevinirik ki, qalib bir ölkənin təhsil sestemində, məktəbində işləyərək övladlarımızın qəlbində Vətən sevgisi aşılayıb, onlara hərb tariximizi və elmlərin əsaslarını öyrədirik! Şuşada, Xankəndidə və ümumən Qarabağda gedən quruculuq işləri bizə ruh verir!

Nə gözəl ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərlyi altında Azərbaycan xalqı Qarabağ məmnunluğunu yaşayır!

Səxavət Tağlar,
Əməkdar müəllim, Prezident təqaüdçüsü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü