Modern.az

Məktəblilərimiz Panamada dünya ikincisi oldular - FOTO

Məktəblilərimiz Panamada dünya ikincisi oldular - FOTO

10 Noyabr 2023, 16:47

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Abakar Hacıyevin oğlu, Zaqatala şəhər akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Hacı Hacıyevin də daxil olduğu “Village Boys” komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında “Future İnnovators – Junior” kateqoriyası üzrə ikinci yeri tutub.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərtac"a Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, 5 qitədən 84 ölkənin 450 komandasının iştirak etdiyi dünyanın ən böyük Robot Olimpiadasında Azərbaycan 8 komanda ilə təmsil olunub.

 

Olimpiadada “Future İnnovators – Senior” kateqoriyası üzrə “Caspian Rescuer” komandası isə 7-ci yerə layiq görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü