Modern.az

25 696 tələbəyə təhsil krediti verilib

25 696 tələbəyə təhsil krediti verilib

Təhsil

20 Noyabr 2023, 14:22

2023–2024-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti (TTK) üçün müraciətlərin qəbulu prosesi davam edir. 


Təhsil krediti almaq istəyən tələbələr Təhsil Tələbə Krediti Fondunun 146 – 5 Çağrı Mərkəzinə zəng etməklə, eləcə də fondun www.e-ttkf.edu.az portalı, 051 206 78 48 “WhatsApp” nömrəsi və sosial şəbəkələrdəki səhifələri üzərindən müraciətlərini ünvanlaya bilərlər.


Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu günədək ümumilikdə 25 696 tələbənin müraciəti rəsmiləşdirilib. Kredit ayrılmış 9 301 nəfər sosial, 16 395 nəfər isə standart TTK-dan yararlanıb.


Təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü