Modern.az

Mikayıl Cabbarov Nazirlər Kabinetinin yeni qərarını açıqladı

Mikayıl Cabbarov Nazirlər Kabinetinin yeni qərarını açıqladı

Təhsil

10 Sentyabr 2013, 11:39


“Yay aylarında Bakı şəhərinin 164 məktəbində cari təmir işləri həyata keçirilib. Bundan əlavə, 4 milyondan artıq yeni dərsliklər çap olunub və regionlar, o cümlədən Naxçıvan Muxtar Respublikasına bu dərsliklərin paylanılması prosesi davam edir”.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O, qeyd edib ki, yeni tədris ilində daha bir yenilik ümumtəhsil məktəblərində təhsil alan şagirdlərinin sağlamlığının müdafiəsi üçün Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunmasıdır. “Bu, məktəbdaxili iaşə obyektlərinin fəaliyyətini tənzimləyən qərardır. Bu da təhsil infrastrukturunda müəyyən dəyişiklər tələb edir. Bu məsələ üzərində ciddi nəzarət həyata keçiriləcək”.

Nazir bildirib ki, sentyabrın 16-dan etibarən Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən uşaq evləri, fiziki qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən təhsil müəssisələrində mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq. “Bununla da məsələnin həllinə nail olacağıq. Növbəti mərhələdə bu təcrübə uğurlu olacağı təqdirdə Azərbaycan Respublikasının digər ərazilərində də eyni praktikanın tətbiqini bu məsələ ilə məşğul olan müvafiq qurumlara tövsiyə edəcəyik”.   

Aytən ƏLİYEVA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi