Modern.az

Nazirlik rəsmisi regionlarda şagird çatışmazlığından DANIŞDI

Nazirlik rəsmisi regionlarda şagird çatışmazlığından DANIŞDI

Təhsil

28 Noyabr 2023, 11:46

"Region məktəblərində şagird sayının azalması hiss olunur. Bu, müəllimlərin müraciətlərində, eləcə də şagird yerdəyişmələrində müşahidə edilir".

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

 

O qeyd edib ki, kənd məktəblərində şagird sayının azalması ölkə üzrə doğum saylarındakı nisbətin aşağı düşməsi ilə müşahidə olunur.

 

"Lakin buna görə kəndlərdə məktəblərin bağlanması və ya onun tam orta məktəbdən ümumi təhsil məktəbinə çevrilməsi müşahidə olunmayıb. Əksinə, 9 illik təhsil müəssisəsindən 11 illik təhsil müəssisəsinə çevrilən məktəblərimiz var", Agentlik direktoru vurğulayıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi