Modern.az

Agentliyin direktoru təhsil ekspertlərini sərt tənqid etdi

Agentliyin direktoru təhsil ekspertlərini sərt tənqid etdi

Təhsil

28 Noyabr 2023, 16:44

“Özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır”.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

 

O qeyd edib ki, bir çox hallarda təhsil ekspertləri reallığı əks etdirməyən rəqəmlərlə çıxış edirlər.

 

“Həmin şəxslərlə mübarizə aparmağımız düzgün deyil. Biz işimizi ictimaiyyətə düzgün rəqəmləri verməklə qurmalıyıq”.

 

Ü.Səttarova hesab edir ki, özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır:

 

“Düşünmürəm ki, təhsil ekspertinin meyarı yoxdur. Nailiyyəti olmayan, uğursuz olan şəxs özünü ekspert adlandırır. Amma hansı məlumatın etibarlı və ya etibarsız olması qərarını biz veririk”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi