Modern.az

Alimə siyasi vəzifə vermək düzgün deyil - Nazir

Alimə siyasi vəzifə vermək düzgün deyil - Nazir

Təhsil

29 Noyabr 2023, 11:50

Azərbaycanda alimlərin statusunun müəyyənləşdirilməsi təklif olunur.

 

Modern.az xəbər verir ki, bu təkliflə elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı edib.

 

Onun sözlərinə görə, hələ də doktoranturaya istedadlı şəxslərin cəlb edilməsi ilə bağlı ciddi problemlər var: "Tədqiqatçının statusu məsələsi bu məsələdə gündəmə gəlir. Alimlərin statusu vacibdir. Elə şərait yaratmaq lazımdır ki, alim sırf elmlə məşğul olsun. Həmin şəxsə siyasi status, yaxud hər hansı inzibati vəzifə verəndə alim olmur, çünki elmlə məşğul olmağa vaxtı qalmır. Misal olaraq, Əziz Sancar heç yerdə direktor deyil, sırf elmlə məşğul olur. Kənar işlərə, inzibati vəzifələrə meyl etməkdənsə, elmlə məşğul olmaqdan qürur duysun".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi