Modern.az

Gələcəyə elə gənclər formalaşdırmalıyıq ki... - Nazir müavini

Gələcəyə elə gənclər formalaşdırmalıyıq ki... - Nazir müavini

Təhsil

29 Noyabr 2023, 15:28

Sağlam ailə olmadan sağlam cəmiyyət ola bilməz. Belə bir ifadə var ki, bu gün uşaq, sabah xalqdır. Bildirim ki, hər bir ölkənin gələcəyi uğurlu təhsilli gənclərdən ibarətdir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitəsinin təşkilatçılığı ilə baş tutan “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.


“Gələcəyə elə gənclər formalaşdırmalıyıq ki, onlar ölkənin iqtisadi, müdafiə, mədəniyyət və s. sahələrdə ehtiyaclarını qarşılaya bilsinlər. Bu gün əslində bir suala cavab tapmalıyıq. Ailə dəyərlərini necə qoruyuruq? İlk olaraq uşaq harada formalaşır? Təbii ki, ilk olaraq ailədə. Onlar gözlərini açıb, ana-atasını, nənə-babasını görür. Onların ailədə hörmətləri yüksəkdirmi? Uşaqlar onlardan bu dəyərləri götürə bilirlər? Elmi Araşdırmalar göstərir ki, bu sahədə problemlər var”,- deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI